Əfqanıstanda İŞİD rəhbərlərindən biri öldürülüb

Əfqanıstanda İŞİD rəhbərlərindən daha birinin öldürülməsi ilə bağlı xəbər yayılıb.
Prezident Sarayından verilən açıqlamada, terror təşkilatı İŞİD-in rəhbərlərindən Hafiz Munib-in, ölkənin şərqində NATO ilə ortaq həyata keçirilən əməliyyatda öldürüldüyü bildirilib.
“Anadolu Agentliyi” xəbər verir ki, öldürülən terroristin son günlərdə paytaxt Kabildə Hazara şiələrinə istiqamətli təşkil edilən hücumların təşkilatçısı olduğu yazılan açıqlamada, əməliyyatın prezidentin təlimatı ilə həyata keçirildiyi vurğulanıb.