1,5 milyard barellik nəhəng neft yatağı aşkarlanıb

Avstrailiyanın FAR limited enerji yataqları üzrə kəşfiyyat şirkəti Afrikanın qərbində Seneqal sahillərində 3D seysmik axtarış metodu ilə 1,5 milyard barel ehtiyatları olan nəhəng neft yatağı aşkarlayıb.
Bu göstərici ilkin proqnozlardan təxminən 50% daha yüksəkdir. Belə ki, SNE yatağının ilkin araşdırma mərhələsində neft ehtiyatları həcmi təxminən 700 milyon barel qiymətləndirilirdi.
Ümumilikdə, FAR limited şirkətinin bu yataqda payı 234 milyon bareldir ki, bu da ümumi yatağın 15%-ni təşkil edir.
Ötən ay şirkət Seneqal sahilləri rezervlərini 641 milyon barel qiymətləndirərkən hələ bu hövzəni “dünyanın neft və qaz axtarışları üçün ən cazibədar yerlərindən biri kimi” qələmə vermişdi. Və bunun nəticədə özünü təsdiqləməsi çox vaxt tələb etmədi. Yataqdan hasilat 2022-ci ilə planlaşdırılır. İlkin olaraq gündəlik maksimum hasilat 140 min barel nəzərdə tutulub. Hövzədə beşinci dərəcəli bir araşdırma həyata keçirən Avstraliya şirkətinin bildirdiyinə görə, kommersiya xarakterli hasilat başladıqdan sonra qazma və istesalat xərclərinin aşağı düşməsinə görə hasilatın həcmi artacaq.
Yeni yatağın aşkarlanmasından sonra dünya enerji sənayesinin diqqəti Seneqal sahillərinə yönəlib.
Hələ bu bölgədə 2013-cü ildə iki çox uğurlu və vacib kəşfiyyat layihəsi həyata keçirən şotland şirkəti Cairn energy iki həftə əvvəl üçüncü qazıntı proqramının başlaması üçün hazırlaşdığını bəyan etdi. SNE yatağı bu proqram çərçivəsində qazılacaq hövzələrdən biri idi. Nəzərə çatdırmaq lazımdır ki, Cairn energy şirkətinin SNE haqqında proqnozunda bu yataqdakı neft ehtiyatları 274 milyon – 900 milyon barel arasında qiymətləndirilirdi.
BP də Seneqalı diqqət mərkəzində saxlayan nəhənglərdən biridir: Keçən ay şirkət elan etmişdi ki, Kosmos energy şirkəti ilə dənizdəki iki ofşor blokun daxil olduğu 32,49 %-lik payın alınmasına dair razılıq müqaviləsi bağlayıb. BP şirkətinin CEO-su Bob Dadley Afrikanın qərb sahillərini – Seneqal və Mavritaniya bölgəsini “dünya miqyasında inkişafda olan hidrokarbon hövzəsi” adlandırdı.
SNE yataqlarında paylar şirkətlər üzrə ConocoPhilips (ABŞ) – 35%, Cairn energy (BöyükBritaniya) – 40%, FAR energy (Avstraliya) və Petrosen (Seneqal dövlət neft şirkəti) – 10% nisbətində bölünüb.

Emil SAIDLAR