Abdullah Gül: “Baş verənlər ədalətə və vicdana sığmır”

Türkiyənin 11-ci prezidenti, hakim Ədalət və Qalxınma Partiyasının (AKP) qurucularından olan Abdullah Gül İstanbulda jurnalistlərin suallarını cavablandırıb. 
Abzas.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, Abdullah Gül çıxarılan qanun hökmündə qərarnamələr (KHK) vasitəsilə akademiklərin universitetlərdən qovulmasını şərh edib.
Keçmiş prezident son hadisələri kədərlə izlədiyini, son zamanlar baş verən bir çox şeyin vicdana və ədalətə sığmadığını deyib.
“Xüsusilə elm dünyasında, universitetlərdə bu hadisələrin artması narahat edici və vicdan yaralayacıdır. Tezliklə düzəldiləcəyini ümid edirəm”- deyə A.Gül bildirib