ABŞ ələ keçirilən İŞİD üzvlərini Guantanamo-ya göndərməyi planlaşdırır

ABŞ rəhbərliyinin terror təşkilatları Taliban və Əl-Qaidə ilə bərabər İŞİD mənsublarının da Guantanamo həbsxanasına aparılmasını nəzərdə tutan prezident fərmanı üzərində çalışdığı və bunun yaxın müddətdə qüvvəyə minəcəyi iddia edilib.
“New York Times” qəzetindəki xəbərə görə, fərman Taliban, Əl-Qaidə, İŞİD üzvləri, bunlarla əlaqəli qüvvələr və qrupların həbsindən sonra ABŞ Müdafiə Nazirliyi tərəfindən Guantanamo həbsxanasına göndərilməsini mümkün edir.
Milli təhlükəsizlik rəsmiləri isə yeni fərman mövzusunda rəhbərliyə xəbərdarlıq edir. Rəsmilər İŞİD-ə qarşı hərbi mübarizə üçün Konqres səlahiyyətinin lazım olması səbəbiylə daha əvvəl Əl-Qaidə üçün çıxarılan icazənin, İŞİD mənsublarının tutulmasından sonra hüquqi qarışıqlığa yol aça biləcəyini ifadə edib.
Trump rəhbərliyinin yeni layihəsi, Obama rəhbərliyi tərəfindən 2009-cu ildə çıxarılaraq Guantanamo-nun istifadəsini nəzərdə tutan və 2010-cu ildə həbsxananı bağlamağı hədəfləyən fərmanının ləğvi anlamına gəlir.