ABŞ-ın yeni Səhiyyə naziri rəsmi fəaliyyətinə başlayıb

ABŞ prezidenti Donald Trump-ın Səhiyyə Nazirliyinə namizəd göstərdiyi Respublikaçı Tom Price bu gün and içərək vəzifəsinə başlayıb.
Prezident Barack Obama dövründə çıxarılan səhiyyə islahatı qanununa (Obamacare) şiddətlə qarşı çıxan Trump-ın Səhiyyə naziri namizədi Price (62), senatda 52 nəfərdən müsbət səs almağı bacarıb.
Anadolu Agentliyi xəbər verir ki, Respublikaçı senatorların hamısının ümumi səsi ilə nazirlik fəaliyyətinə başlayan Price, “Obamacare” səhiyyə islahatına qarşı olması səbəbiylə Respublikaçılarla Demokratlar arasında ən çox müzakirə edilən şəxslərdən biri idi.
Səsvermənin ardından vəzifəsi Senat tərəfindən təsdiq edilən Price səhər saatlarında ABŞ-ın vitse-prezidenti Mike Pence-in hüzurunda and içib.
Özü həkim olan və Nümayəndələr Palatası Büdcə Komissiyasına rəhbərlik edən Price, təxminən 20 milyon amerikalının faydalandığı “Obamacare” səhiyyə islahatı qanununun qaldırılaraq, yerinə yeni səhiyyə sisteminin gətirilməsini planlaşdırır.