ABŞ səfiri REAL rəhbərliyi ilə görüşüb

Fevralın 8-də ABŞ-ın Azərbaycandakı səfirliyində səfir Robert Sekuta, səfirliyin siyasi işlər üzrə müşaviri Susan Chesly, səfirliyin təmsilçisi William Solley ilə REAL-ın icra katibi Natiq Cəfərli və idarə heyətinin üzvü Azər Qasımlı arasında görüş olub. 
Abzas.net xəbər verir ki, bu barədə Natiq Cəfərli sosial şəbəkədəki səhifəsində yazıb. Onun məlumatına görə, görüşdə ölkədəki ictimai-siyasi, iqtisadi vəziyyət və gözləntilər, inkişaf perspektivləri, REAL Hərəkatının sədri İlqar Məmmədovun hələ də qanunsuz həbsdə saxlanılması, o cümlədən son günlərdə REAL-a qarşı artmaqda olan təyziqlər müzakirə edilib.
Görüşün sonunda müzakirələrin davamlı aparılması qərara alınıb.