ABŞ və Meksika sərhədində çəkiləcək divar 21,6 mlrd. dollara başa gələcək

ABŞ prezidenti Donald Trampın Meksika ilə sərhəddə inşa etmək niyyətində olduğu divar 21,6 milyard dollara başa gələcək.
“Report” xəbər verir ki, bu barədə Daxili Təhlükəsizlik Nazirliyinin hesabatına istinadən “Reuters” məlumat yayıb.
Nəzərdə tutulan tikili divar və hasar sistemini özündə əks etdirəcək. Onun uzunluğu 2 min kilometr təşkil edəcək. Tikinti işlərinin 2020-ci ilin sonunda başa çatdırılması planlaşdırılır.