AMB 150 mln. manat cəlb edilməsini planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.
Abzas.net xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, fevralın 13-də baş tutacaq depozit hərracında 150 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.
Hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% təşkil edir.
Hərrac “Bloomberg” ticarət platformasında keçiriləcək.