Avropa Birliyindən ABŞ-a: “Bizə qarışmayın”

AB-nin Xarici Əlaqələr və Təhlükəsizlik Xidməti üzrə nümayəndəsi Federica Mogherini ABŞ-a Avropa Birliyi siyasətinə qarışmaması mövzusunda xəbərdarlıq edib.
Avropa diplomatiyasının rəhbəri Federica Mogherini Washington təmasları əsnasında jurnalistlərin, “ABŞ-ın yeni rəhbərliyi Almaniya ya da Fransadakı seçkilərə təsir edə bilərmi?” sualına cavab verib.
“Deutsche Welle” xəbər verir ki, Federica Mogherini ABŞ-ı AB siyasətinə qarışmaması mövzusunda xəbərdar edib. AB nümayəndəsi, “Biz ABŞ-ın siyasətinə qarışmırıq, avropalılar da Amerikanın Avropa siyasətinə müdaxilə etməyəcəyinə güvənir”, – deyə bidlirib.
Mogherini hazırda bir neçə ay əvvələ nisbətən Avropada güclü birlik duyğusu olduğunu vurğulayıb. AB diplomatiyasının rəhbəri, “ABŞ-ın yeni rəhbərliyinin, AB-nin yalnız bir qurum deyil, 28 üzv dövlətdən ibarət bir birlik olduğunu” nəzərdə saxlamasının lazım olduğunu xatırladıb.
Xatırladaq ki, ABŞ-ın yeni prezidenti Donald Trump İngiltərə Baş naziri Theresa May-in yanvar ayı sonunda Ağ Evə səfəri zamanı, İngiltərənin AB-dən ayrılışını “möcüzəvi hadisə” kimi qiymətləndirmişdi.
Federica Mogherini bundan sonra, Londonun AB-dən ayrılmaq üçün rəsmi şikayəti hələ etmədiyini xatırlatmış və “İngiltərənin buna görə ən az iki il daha AB üzvü olaraq qalacağını” söyləmişdi.