Avropa Birliyindən Şotlandiyaya bəd xəbər

Yüksək səlahiyyətli AB rəsmisi müstəqil Şotlandiyanın birbaşa Birlik üzvü ola biləcəyi gözləntiləri haqqında danışıb.
AB Komissiyasının İngiltərə nümayəndəsi Jacqueline Minor müstəqil Şotlandiyanın AB üzvü olmaq üçün digər namizəd ölkələrlə eyni proseduru təqib etməsinin lazım olduğunu söyləyib.
Sputnik agentliyi xəbər verir ki, 2014-cü ildəki müstəqillik referendumundan bu yana AB Komissiyasının Şotlandiyaya olan baxışının dəyişmədiyini vurğulayan Minor, mövcud üzvün içindən çıxan başqa bir ölkənin avtomatik AB ailəsinə daxil ola bilməyəcəyini ifadə edib. Lissabon müqaviləsinin AB-yə daxil şərtlərini tənzimləyən 49-cu maddəsinə istinad edən Minor, bu maddənin Şotlandiya üçün də başlanğıc nöqtəsi olduğunu söyləyib.
“Üzv olmaq üçün sırada gözləyən bir sıra namizəd ölkə var – Çernoqoriya, Serbiya, Bosniya-Herseqovina. Hərçənd bu ölkələr üzvlük kriteriyalarını yerinə yetirməkdən hələ olduqca uzaqdırlar və aydındır ki, əgər Şotlandiya müstəqil olsa bu siyahıya daxil olacaq”, – deyən Minor, yenə də müstəqil Şotlandiyanın bu meyarları çox daha asan şəkildə yerinə gətirə biləcəyini vurğulayıb.
AB Komissiyası İngiltərə nümayəndəsi həmçinin, Şotlandiya Baş naziri Nicola Sturgeon-un “Brexit” reallaşması halında ölkəsinin ortaq bazarda qalmağa davam etmə planları haqqında da mənfi fikirlər bildirib. Jacqueline Minor, bunun İngiltərə Baş naziri Theresa May tərəfindən təklif edilməsinin lazım olduğu ifadə edərkən, keçmişdə belə bir nümunənin olmadığını ifadə edib.
Minor, Sturgeon-un etirazlarından biri olan ortaq pul vahidi üzvlüyünə də toxunub. “Müstəqil Şotlandiya üzv olmaq üçün prinsip olaraq Avro bölgəsinə daxil olma sözü verməlidir” deyən Minor, üzvlük tarixi üçün də ən erkən 2020-ci ili işarə edib. Minor, AB Komissiyası Başçısı Jean Claude Juncker-in birliyin öz dövründə daha çox genişlənməsini istəmədiyini söyləyib.
Minor-un bu şərhləri, “Brexit” rəsmən reallaşmadan ikinci müstəqillik referendumu təşkil edib AB üzvlüyü üçün üstünlük əldə etmək niyyətində olan Baş nazir Sturgeon-u rəqibləri qarşısında çətin vəziyyətə salıb.