Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlim keçirəcək

Azərbaycan, Türkiyə və Gürcüstanın hərbçilərinin birgə iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsi planlaşdırılır.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə fevralın 1-də Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun bu ölkənin müdafiə naziri Levan İzoria ilə görüşündə bildirilib.
Qeyd olunub ki, hərbi təlimlərin keçiriləcəyi tarixlə bağlı müzakirələr aparılır.