BƏƏ İrana etiraz notası göndərib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yəməndə hökumət əleyhdarı milislərə qeyri-qanuni yollarla silah tədarük etməsindən duyduğu narahatlığı ifadə etmək üçün İrana etiraz notası göndərib.
BƏƏ rəsmi xəbər agentliyi WAM-ın məlumatına görə, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinə bağlı, Hüquq işləri üzrə nazirinin müavini Abdurrahman əl-Avdi, İranın Abu Dabi elçisini nazirliyə çağıraraq, “İranın Yəməndə hökumət əleyhdarı milislərə qeyri-qanuni yollarla silah tədarük etdiyi səbəbiylə” etiraz notası verib.
Milislərə qeyri-qanuni yollarla silah tədarükünün, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) bu mövzudakı məcburi maddələrini pozduğu və Yəmənin suverenliyinə istiqamətli bir hücum olduğunu bildirən Avdi, bu vəziyyətin qarşıdurmanı qızışdırdığını söyləyib.
Avdi, BMT TŞ-nın bu məzmundakı 2216 saylı qərarının açıq olduğunu vurğulayaraq, “Yəməndə aralarında pilotsuz təyyarələrin də olduğu İrana aid silahlar, son zamanlarda Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələri tərəfindən hədəf halına gəlib. İranın silah tədarükü, bu məzmundakı beynəlxalq qərarları açıq şəkildə pozur”, – deyə qeyd edib.