Bakının bəzi yollarında sürət həddi azaldılıb

Müşahidə edilən qarlı hava şəraiti ilə bağlı olaraq, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Bakıda bəzi yollarda sürət həddi azaldılıb.
Bakı Nəqliyyat Agentliyindən Abzas.net-ə verilən məlumata görə Heydər Əliyev prospekti-Hava Limanı, eləcə də əks istiqamətdə, həmçinin, Zığ dairəsi-Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə maksimal sürət həddi 20 km/saat endirilib.