Bakının bu hissəsində su olmayacaq

Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsindən keçən 500 mm diametrli magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.