Bakının iki rayonunda su təchizatı məhdudlaşdırılacaq

Bu gün Bakının iki rayonunda suyun verilməsi məhdudlaşdırılacaq.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “Abzas.net”ə verilən məlumata görə, Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi küçəsi ilə Akim Abbasov küçələrinin kəsişməsində 700 mm diametrli magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar fevralın 11-də gün ərzində Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.