Bakının məhşur ticarət mərkəzində işıqlar yanmır – [Foto]

Bu gün səhər saatlarından etibarən “28 mall” ticarət mərkəzinin işıqları yanmır.
Bu barədə sosial şəbəkədə ticarət mərkəzinin bağlı qapıları arxasında qalan müştəriləri məlumat yayıblar. Onlar qeyd ediblər ki, “28 mall”un içinə daxil ola bilmirlər.
“Qafqazinfo” məsələ ilə əlaqədar “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb. O qeyd edib ki, problemdən xəbərdardır: “İşığın olmamasının bizimlə əlaqəsi yoxdur. Ticarət mərkəzinin öz daxili işıq xətlərində qəza baş verib. Ona görə də “28 mall” rəhbərliyi problemin aradan qaldırılması üçün bizə müraciət edib. Hazırda əməkdaşlarımız ordadır və qəzanın aradan qaldırılması üçün çalışırlar”.