“Barselona”ya Messiyə görə 100 milyon funt sterlinq təklif olunub

İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi karyerasını İngiltərədə davam etdirə bilər.
“Report-un məlumatına görə, “Mançester Siti” rəhbərliyi 29 yaşlı futbolçuya görə kluba 100 milyon funt sterlinq təklif edib.
“Şəhərliləri”in baş məşqçisi Xosep Qvardiolanın onun xidmətlərində maraqlı olduğunu qeyd olunur.
Xatırladaq ki, Messi 2003-cü ildən “Barselona” üçün oynayır. Argentinalının ispan komandası ilə müqaviləsi 2018-ci ildə başa çatacaq.