Bayram Məmmədovun şikayəti təmin olunmayıb

Bu gün Bakı Apellyasiya Məhkəməsi NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun həbs qərarından verdiyi şikayətinə baxıb.
Bu barədə AzadlıqRadiosuna vəkil Elçin Sadıqov məlumat verib. Vəkilin sözlərinə görə, apellyasiya şikayətində məhkəmənin qərarının ləğvini istəyiblər.
Vəkil apellyasiya şikayətinin təmin olunmadığını bildirib.
Xatırladaq ki, Bayram Məmmədov ötən il dekabrın 8-də 10 il azadlıqdan məhrum edilib.