Belarus Lapshin-lə bağlı Ermənistana cavab verib

Dimitri Mironçik
“Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”ndan çıxmaq fikrində deyil”.
AzadlıqRadiosu Ermənistan xidmətinin məlumatına görə, belə bir bəyanatla Belarus xarici işlər nazirliyinin sözçüsü Dimitri Mironçik Ermənistan parlamentində səslənən çağırışlara cavab olaraq çıxış edib.
Ermənistanlı deputatlar rusiyalı bloqqer Aleksandr Lapşini Azərbaycana verdiyinə görə, Belarusu bu təşkilatdan çıxarmağa çağırıblar.
Qeyd edək ki, Rusiyanın başçılq etdiyi “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”na digər keçmiş sovet respublikalarından Belarus, Qazaxıstan, Ermənistan, Tacikistan və Qırğızıstan daxildir.
Mironçik qeyd edib ki, bu təşkilatda iştirak edib-etməmək könüllüdür və Belarusun suveren seçimidir.
Sözçü deyib ki, Belarus Aleksandr Lapshini Azərbaycana verməklə üzərinə götürdüyü beynəlxalq öhdəliyi yerinə yetirib.
İsrail KİV-lərinin məlumatına görə, Aleksandr Lapshinin anası oğlunun məhkəməsində iştirak etmək üçün yaxın vaxtlarda İsraildən Bakıya gəlməyi planlaşdırır.