Britaniya İcmalar Palatası “Brexit” üzrə qanun layihəsini qəbul edib

Böyük Britaniyanın İcmalar Palatası “Brexit” üzrə qanun layihəsini ikinci oxunuşda qəbul edib.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, qanun layihəsinin lehinə 498, əleyhinə 114 palata üzvü səs verib.
Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair müzakirələr iki gün davam edib. Yekun səsvermənin fevralın 8-də keçiriləcəyi bildirilir.
Qeyd edək ki, ötən il, iyunun 23-də Böyük Britaniyada keçirilən referendumda əhalinin 52 faizi ölkənin Avropa İttifaqından çıxmasının lehinə səs verib.