Cərimə və rüsumları telefonla da ödəmək olacaq

“İnnovasiyalar mərkəzi” QSC yaxın vaxtlarda “ASAN Ödəniş” ödəmə sisteminin mobil əlavəsini təqdim edəcək.
Bu barədə Trend-ə mərkəzdən məlumat verilib.
Əlavə vasitəsilə cərimələri, rüsumları, kommunal xidmətləri və digər ödəmələri həyata keçirmək olar.
Bu əlavədən “e-imza”, “ASAN İmza” vasitəsilə, adi qeydiyyatla və ya qeydiyyatsız istifadə etmək olar.
Əlavədə qeydiyyatdan keçmiş istifadəçilər üçün “şəxsi kabinet”, müxtəlif ödəmələr barədə şikayət göndərmək imkanı, “108” çağrı mərkəzi ilə birbaşa əlaqə və digər funksiyalar olacaq.
Əvvəlki məqaləABŞ Şimali Koreyaya nüvə hücumuna görə xəbərdarlıq edir
Növbəti məqalədəABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir