Canlı yayımda iki jurnalist öldürülüb

Dominikan Respublikasında Canlı yayında iki jurnalist güllələnərək öldürülüb.
Polisin verdiyi məlumata görə, ölənlər aparıcı Luis Manuel Medina və prodüsser Leo Martinesdir. Atışma sırasında bir qadının yaralandığı da bildirilir. Yaralı xəstəxanaya yerləşdirilib.
Verilən məlumata görə,  naməlum şəxs studiyaya daxil olaraq, heç nə demədən studiakılara atəş açmağa başlayıb. Hadisə ilə bağlı artıq üç nəfər şübhəli həbs olunub.
Bənzər hadisə 2015-ci ildə ABŞ-ın Virciniya ştatında baş vermişdi. O zaman naməlum şəxs canlı yayın zamanı CBS telekanalının müxbirini və operatoruna atəş açmış, nəticədə 24 yaşlı Alison Parker və 27 yaşlı Adam Uord həyatını itirmişdi.