Dağıstanda 400 azərbaycanlı həbs olunub [Video]

Arxiv: REUTERS/Ivan Stolpnikov
Rusiya Federasiyasının Dağıstan Respublikasında 400-ə yaxın Azərbaycan vətəndaşı 4 gün əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 
Bu barədə Abzas.net-ə saxlanılanlardan biri məlumat göndərib. Mənbə bildirir ki, artıq 4 gündür onlar Dağıstan Miqrasiya Xidməti tərəfindən saxlanılanlar Dərbənd şəhərində saxlanılırlar. Onlardan külli miqdarda pul tələb edildiyi iddia olunur.
Saxlanılanlar Azərbaycan hakimiyyətindən narazılıqlarını bildirirlər. Onlar deyirlər ki, indiyə qədər nə səfirlikdən, nə konsulluqdan onların vəziyyəti ilə maraqlanan olmayıb.
Mənbənin bildirdiyinə görə, ora gedən azərbaycanlıların sənədləri qaydasında olmadığına görə saxlanılıblar:
“Faktiki olaraq bizi 4 gündür həbsdə saxlayırlar. Bizim sənədlərimiz qanunsuz ola bilər, amma bu o demək deyil  ki, bizi məhkəmə qərarı olmadan həbsdə saxlamaqları qanunidir. Sənədlərimiz yerində deyil ölkədən çıxarsınlar, deportasiya etsinlər, amma burada bizdən böyük məbləğdə pul tələb edirlər və belə pis şəraitdə saxlayırlar”.
İş günü olmadığından Xarici İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Mövzunu davam etdirəcəyik.

Əvvəlki məqaləTrump və Abe-dən siyasətə qolf fasiləsi
Növbəti məqalədəŞimali Koreya yeni raket sınaqdan keçirib