Donald Trump: “İran atəşlə oynayır”

ABŞ prezidenti Donald Trump növbəti dəfə İran haqqında sərt ifadələrdən istifadə edib.
Abzas.net xəbər verir ki, prezident Trump sosial şəbəkədə İranla bağlı bu sözləri yazıb:
“İran atəşlə oynayır. Onlar prezident Obamanın özlərinə münasibətdə necə “xeyirxah” olduğunu lazımınca qiymətləndirmirlər. Mən isə belə olmayacağam!”
Xatırladaq ki, bundan əvvəl D. Trump bildirib ki, Tehran ABŞ-ın əvvəlki hökumətinin onlarla imzaladığı anlaşmaya görə minnətdar olmalıdır. O, İranla imzalanmış nüvə sazişini “qorxunc” adlandırıb və ABŞ-ın ballistik raketlərin sınağını keçirən İrana qarşı hərbi gücdən istifadə etmə variantının mümkünsüz olmayacağını deyib.
Qeyd edək ki, İran yanvar ayının sonlarında ballistik raketi uğurla sınaqdan keçirib.