Dünyaca məşhur karikaturaçı-rəssam vəfat edib

Hollandiyalı sənətçi və 1955-ci ildən bu yana 80 milyondan çox satılan məşhur dovşan karikaturası “Maffi”yə həyat verən yazar Dik Bruna 89 yaşında dünyasın dəyişib.
Abzas.net xəbər verir ki, Bruna sahil kənarında bir tətildəykən hələ körpə olan oğlunu əyləndirmək üçün böyük qulaqlı narıncı rəngli tüklü dovşan xarakteri yaratmışdı. O obrazın macəralarının yer aldığı 30-dan çox kitab dünya miqyasında satılıb.
Redaktor bir ailədə dünyaya gələn Bruna, karyerasına Ian Fleming-in ‘James Bond seriyası’ və Georges Simenon-un ‘Müfəttiş Maigret’ kimi kitab qapaqlarına illüstrasiya çəkərək başlamışdı.