Elgiz Qəhrəmanın həbsilə bağlı apellyasiya şikayəti verilib

Həbsdə olan NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın barəsində olan hökmdən apelyasiya şikayəti verilib.
Abzas-net xəbər verir ki, bunu vəkil Fariz Namazlı deyib ki. Onun sözlərinə görə, şikayət Bakı Apelyasiya Məhkəməsinə fevralın 2-də təqdim edilib və şikayətə yaxın günlərdə baxılacaq.
Elgiz Qəhrəman avqustun 12-də saxlanıb və həmin gün barəsində CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. NİDA Vətəndaş Hərəkatı Elgiz Qəhrəmanın siyasi motivlərlə həbs olunduğunu bəyan edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elgiz Qəhrəman 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. NİDA Vətəndaş Hərəkatı həbs qərarını siyasi və sifarişli adlandırıb.