Ermənilər əsir Hüseynzadəyə qarşı cinayət işi açıblar

Separatçı Dağlıq Qarabağ rejiminin “Milli Təhlükəsizlik Xidməti” adlı qurumu Azərbaycan vətəndaşı Elnur Hüseynzadənin saxlanılmış şəxs statusunda təqdim edildiyi videogörüntü yayıb.
“Turan” xəbər verir ki, separatçıların iddiasına görə, fevralın 1-də Talış kəndi istiqamətinə “dumanlı hava şəraitindən istifadə edən bir qrup Azərbaycan hərbiçisi diversiya cəhdi edib”, “cəhdin qarşısını alınıb”. “Elə həmin gün Azərbaycan SQ-nin 157-ci motoatıcı briqadasının kəşfiyyat alayının həbiçisi Elnur Hüseynzadə aşkar olunaraq, müvəqqəti həbsə məruz qoyulub”, deyə mənbə bildirir.
Hüseynzadəyə qarşı “diversiya törətmək cəhdi” və “sərhədi qanunsuz keçmə” ittihamı ilə cinayət işi açılıb. O, saxlanılıb, istintaq aparılır, xəbəri Ermənistan KİV yayıb.
Bir müddət əvvəl Azərbaycan Müdafiə Nazirliyi Hüseynzadənin silahlı qüvvələrdən tərxis olunduğunu bildirib.