Fevralın 26-da Günəş tutulması baş verəcək

Fevralın 26-da Günəş tutulması hadisəsi  baş verəcək.

Azərbaycan Milli Elmlər Akadmeiyasından Abzas.net-ə verilən məlumata görə, dairəvi Günəş tutulması günorta saatlarında başlayacaq. Yerdən Ay səthinin arxasında gizlənəcək Günəşin yalnız nazık dairə şəklində olan az bir hissəsi görünəcək.

Bu səma hadisəsini Cənubi və Qərbi Afrika, Cənubi Amerika, Antarktida sakinləri müşahidə edə biləcəklər.