“Fitch” SOCAR-ın reytinqini təsdiqləyib

Fitch Ratings Loqo
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi SOCAR-ın emitentin uzunmüddətli defolt reytinqini “BB+” səviyyəsində təsdiqləyib. Reytinq üzrə proqnoz neqativdir
Qısamüddətli reytinq isə “B” səviyyəsində təsdiqlənib.
Bildirilir ki, SOCAR-ın reytinqləri Azərbaycanın suveren reytinqinə müvafiqdir: “SOCAR əsas maliyyə və investisiya qərarlarını qəbul edərkən Azərbaycan hökuməti və Dövlət Neft Fondu ilə sıx əlaqələr saxlayır”.
“Fitch” Azərbaycanda dolların məzənnəsi ilə bağlı da proqnoz hazırlayıb.
Agentlik Azərbaycanda 2019-cu ilin sonuna qədər ABŞ dollarının orta məzənnəsinin 1,89 AZN/USD olacağını ehtimal edir.
Hazırlanmış yeni hesabata əsasən, yaxın 3 ildə dünya bazarında “Brent” markalı neftin orta illik qiyməti ilə də bağlı proqnoz açıqlanıb. Proqnoza görə, Agentlik 2017-ci ildə neftin orta qiymətinin 45 dollar/barel, 2018-ci ildə 55 dollar/barel, 2019-cu ildə isə 60 dollar/barel olacağını gözləyir.