Gəlincik casusluqda şübhəli bilinir

Almaniyada danışan gəlincik modellerindən birinin satışına qadağa qoyulub. Səbəb onların casusluq məqsədilə istifadə oluna biləcəyi şübhəsidir.
Bu barədə Reuters məlumat verir.
Söhbət ABŞ-ın Genesis Toys şirkətinin istehsalı olan Kayla gəlinciyindən gedir. Alman müdafiə ekspertlərinin məlumatına görə, onun rəqəmsal içliyi asanlıqla dəyişdirilə, casusluq məqsədilə istifadə oluna bilər.
“Kayla gəlinciyi Almaniyada qadağandır. Biz cəmiyyətimizin ən həssas üzvlərinə görə narahatıq”, – deyə Jochen Homann bildirib, oyuncağı ala bilmiş valideynlərə isə tezliklə onlardan məhv etməyi məsləhət görüb.
Qeyd edək ki, gəlinciyi daha öncə Elektron Şəxsi Məlumatların Qorunması mərkəzi (Electronic Privacy Information Center, EPIC), “Kommersiyasız Uşaqlıq üçün Kampaniya” qeyri-kommersiya təşkilatı (Campaign for a Commercial-free Childhood, CCFC), Rəqəmsal Demokratiya Mərkəzi (Center for Digital Democracy, CDD) və İstehlakçı Birliyinin nümayəndələri məhkəməyə verib. Onlar uşaqla “danışan” gəlinciklərin topladığı məlumatları kənar serverlərə göndərdiyini aşkar ediblər.