“Galatasaray”ın yeni baş məşqçisi müəyyənləşib

Türkiyənin “Galatasaray” futbol komandasının yeni baş məşqçisinin adı açıqlanıb.
Report-un “NTV Spor”a istinadən verdiyi məlumata görə, İstanbul klubu xorvatiyalı İqor Tudorla anlaşıb.
39 yaşlı mütəxəssislə 1,5 illik razılıq əldə edən “Galatasaray” Tudorun baş məşqçisi olduğu “Kardemir Karabükspor” klubuna 150 min avro təzminat ödəyəcək.
Təyinatın Bakı vaxtı ilə saat 18:00-da başlayacaq İdarə Heyətinin toplantısında rəsmən açıqlanacağı bildirilir.
“Galatasaray” dünən axşam hollandiyalı Jan Olde Rikerink-lə yollarını ayırıb. Cari çempionatda 3-cü yerdə gedən komanda lider “Beşiktaş”dan 5 xal geri qalır.