Güclü çovğun Lerikdə bir sıra fəsadlar yaradıb

Lerikdə əsən güclü külək dünən axşamdan çovğuna keçib.
APA xəbər verir ki, Lerik-Zuvand yolunda avtomobillərin hərəkətində maneələr yaranıb.
Kəlvəz, Pirəsurə, Orand, Mundigah, ümumilikdə, 12 ərazi vahidliyinə gedən yollarda hərəkət çətinləşib.
Çayrud kəndi ərazisində qar uçqunu səbəbindən yol tamamilə bağlanıb.