Güclü qar yağışından sonra bağlanmış Xınalıq yolu açılıb

Böyük Qafqaz dağlarında güclü qar yağması nəticəsində Quba rayonunun yüksək dağlıq hissəsində bir neçə qar uçqunu baş verib.
Contact.az xəbər verir ki, nəticədə Qubadan Şərqi Qafqazın ən yüksək dağ kəndi olan Xınalığa (2300 m.) yolun 37-ci kilometrliyində yol bağlanıb. Bundan əlavə, daha 7 yüksək dağ kəndi ilə əlaqə kəsilib.
“Azəravtoyol” Dövlət Agentliyinin məlumatına görə, günün ikinci yarısında texnikanın vasitəsilə yol təmizlənib və nəqliyyatın hərəkəti bərpa edilib.
Eyni zamanda “Azəravtoyol” bu yolda ancaq xüsusi nəqliyyat vasitələrindən isifadənin vacibliyini bildirib.
Həmçinin sinoptiklər dağ yollarının buz bağlayacağını bildirir, sürücüləri ehtiyatlı olmağa çağırırlar.
Qeyd edək ki, Xınalıq kəndi qış və yay vaxtlarında populyar turizm məkanlarından biridir.