Günümüzun sevgililəri – Nuriyyə Ağazadə

Nuriyyə Ağazadə
“Kiçik mücadilələrdə məgğub ola bilərik, əsas böyük mübarizələrdə qalib gəlməkdir”-dedi Mildred… İrqi ayrı seçkilik səbəbiylə keçən əsrin ortalarında Amerika qanunlarına görə evləndikləri ücün günahkar bulunan, 10 il Vircinya ştatının məhkəmələriylə çarpışan və əyalətə geri qayıtmalarına yasaq qoyulan ağ və qara dərili cütlüyü-Riçard və Mildred Loving ailəsi bir gün Amerika Ali Məhkəməsində hər 400 davadan yalnız birinə baxilma şansına sahib olurlar. Lakin ümüdsizlikdən bu son məhkəməyə getməkdən imtina edən ag dərili Riçard, hakimə vəkiliylə yalnız bu ismarıcı göndərir:”Hakimə de ki, mən həyat yoldaşımı sevirəm.” Nəhayət, Verciniya əyaləti onların evliliyini tanıyır. O vaxtdan Anayasa irqlər arası evliliyi təbii haqq olaraq bəyan edir. Riçard Lovinqin bədbəxt qəza ilə vaxtsız ölümündən sonra xanımı bir daha evlənmir və uzun illər mediyaya utancaqlığından müsahibə verməyən qara dərili xanımı Mildred yalniz bunlari söyləyir: “Onun ücün cox darıxıram. O mənim hər zaman qayğıma qalardı…” Nə qədər sadə və səmimi. Mubaliğəsiz… Bu filmdə bir məqam mənim bütün hüceyrələrimədək təsir etdi; 10 illik məhkəmə mücadilələrindən təngə gələn Riçard bir gecə özünə icazə verdiyi sərxoşlugun belə təsirinə düşməyib icindəki ağrını göz yaşlarında yuyaraq hönkür-hönkür agladı və həyat yoldaşına: “Mən səni hər şeydən qorudum və mən bunu hələ də bacariram… Və mən bunu bir ömür boyu bacaracam Mildred… Deməli, istərsəniz qarşıma tonlarla kitablar, milyon metrlik çarxlarla video lentlər gətirin, mənim fəlsəfəmə görə, əsil sevgi kişi cəsarəti və dözümü olmadan yürüməz. Məhz bu iki keyfiyyət qadının inşa etmək istədiyi evliliyin təməl daşlarıdir. Sizə nəql etdiyim hekayə sadəcə yazar uydurmasi deyil, gercək bir sevgi hekayəsindən lentə alınan filmin qisa bir özəti idi. Əslində sizlərə açmaq istədiyim mövzu bu hekayədən qaynaqlanan ibrət dolu məqamlardadır. Bu gün fevralın 14-ü -sevgililər günüdür. Nə gözəl. Bəs qalan günlər? Qadın və kişi arasinda izahı hələ tam verilməyən baglılıgın tərifini bir günə sıgışdıra biləcək təqvimin hansı gününü sevgisiz kecirtmək istər ki, bəşər övladı? Biz bu günü rəgəmləşdirib ruhumuzu soyuq texnologiyanın manipulyasiyasına könüllü təslim etmədikmi? Şəxsən mənə görə, sevdiyim insanla mənim aramdakı baglılıgın adı bəlirlədiyimiz sevgi parametrlərindən cox uca və konkret bir adı yox! Mənim ücün onun adi: fədakarlıq, bagışlamaq, kecmişi sıfırlayib onun gözlərinə baxdıgım andan etibarən yenidən doguldugum tarix, mənim onunla birgə yaratdıgım dünya, ona toxunduğumda hər zərrəsinin mənə məxsusluguna əminlik, inam, etibar, cəsarət, hər kəsi və hər şeyi qarşısına ala biləcək ürək… Bütün bu dediklərimi özundə cəmləşdirən əks cinslərin ruh əkizləri biri-birilə rastlandıqda bütövləşirlər. Odur ki, hər kəs öz sevgililər gününü o dediyim həmin ruh əkizini tapdıgı gündən etibarən qeyd etməyə başlasın. Bu tarixi özünüz yaradın, bu hekayəni özünüz başlayın və bitməsinə izn verməyin. Bitsə də, demək yanlış secim etmisiniz. Bunu ilk öncə özünüzə etiraf edin.Zavallı Leyli-Məcnun, Əsli-Kərəm, Romeo-Culyetta kimi sevgi qəhrəmanlarını unudun getsin. Özünüzun qəhrəmanı oldugunuz əsər yaradın. Qırın yalancı mentalitet mühafizəkarlıgınızın ruhunuzu baglayan zəncirlərini. Hər gününuzun sevgililəri olmagi bacarın. Ömür təxmin etdiyinizdən də cox qısa. “Camaat nə deyər” in neçə-neçə gəncin başına saldıgı daşın altına gırməkdən qaçın. Sevgidən dogulan körpələr sevgi dolu olur, inanin. Onun tibbi izahı da təsdiq olunub. Ümüd edirəm, bunu məndən yaxşi bilərsiniz. Sonda, hər kəsin özünə etiraf edib, ömründə bir dəfə ürəyinin səsinə, ruhunun gözləntisinə qulaq verib, nəhayət bir gün öz yarısıyla qarşılaşdıgı və ya qarşılaşacagı günü əlbəttə vardır. Sadəcə o günü gözdən qacırmayın, sonra o aradığınız yarınız göz görə-görə əllərinizdən sovuşub onu haqq etməyən başqa birisini xoşbəxt edəcək… Məndən “sevgililər günü”nə bu qədər…
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.