Gürcüstan üçün “Şengen” vizası ləğv olunur

Avropa Parlamenti bu gün Brüsseldə keçirilən iclasında Avropa İttifaqının (Aİ) Gürcüstan üçün viza rejiminin (“Şengen” vizası) ləğv olunmasına səs verib.
Trend-in məlumatına görə, Avroparlamentin Gürcüstanla vizaların ləğvi məsələsi ilə bağlı məruzəçisi Mariya Qabriel daha əvvəl Aİ Şurasını bu ölkə ilə vizasız rejimə keçid qərarını təsdiq etməyə çağırıb.
Tərəflər arasında vizasız rejim Aİ Şurası bu qərarı təsdiq etdikdən sonra qüvvəyə minəcək.
Qeyd edək ki, bundan öncə Avropa İttifaqı ölkələrinin Daimi Nümayəndələr Komitəsi Gürcüstanla viza rejiminin ləğvinə dair qaydalara dəyişikliyi təsdiqləyib.