İlham Əliyev Lieberman ilə hərbi sahədə əməkdaşlığı müzakirə edib

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində prezident İlham Əliyev İsrailin müdafiə naziri Avigdor Lieberman-la görüşüb.
Abzas.net xəbər verir ki, tərəflər Azərbaycan-İsrail münasibətlərinin müxtəlif aspektlərini müzakirə ediblər.
Azərbaycan və İsrail arasında hərbi-texniki sahədə əməkdaşlıqdan məmnunluq ifadə olunub, bu sahədə əlaqələrin bundan sonra da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.