İlham Əliyev Türkiyənin baş naziriylə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Binəli Yıldırım, Almaniya , Münhen şəhəri, 18 fevral 2017
Prezident İlham Əliyev ilə Türkiyənin baş naziri Binəli Yıldırım arasında görüş olub.
Abzas.net xəbər verir ki, görüş Münhen şəhərində baş tutub.
Görüşün detalları barədə məlumat verilmir.
Qeyd edək ki, fevralın 17-də Almaniyanın Münhen şəhərində 53-cü Münhen Təhlükəsizlik Konfransı işinə başlayıb. Konfrans fevralın 19-a kimi davam edəcək. Prezident İ.Əliyev konfransda iştirak etmək üçün Almaniyaya işgüzar səfərə gedib.