İlkin Rüstəmzadə müayinədən keçib, səhhətində ciddi problemlər var

İlkin Rüstəmzadə
Həbsdə olan N!DA Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə səhhətində yaranmış problemlə bağlı edilən şikayətlərdən sonra 13 saylı cəzaçəkmə müəssisəsində həkimlər tərəfindən müayinə olunub.
Abzas.net xəbər verir ki, Nida İdarə Heyətindən verilən məlumata görə, müayinədən sonra həkimlər tərəfindən İlkin Rüstəmzadəyə nevroz diaqnozu qoyulub. Bundan əlavə, siyasi məhbusun mədəsində yara olduğu da bildirilir. Buna baxmayaraq həkim heyəti İlkin Rüstəmzadənin xəstəxanada müalicə almağına ehtiyac olmadığını bildiriblər.
2013-cü ildə “Əsgər ölümlərinə son” mitinqlərinin təşkilatçılarından biri olan İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı ilə iki aylıq həbs qətimkan tədbiri ilə həbs edilib.
Prokurorluq ona Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və 221.2.2) ittiham irəli sürüb.  6 may 2014-cü ildə 8 il müddətinə azadlıqdan məhrum edilib.
O, Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən “vicdan məhbusu” kimi tanınır.