İngiltərə: “AB xaricindəki ölkələrə məhsul ixracatı artıb”

İngiltərədə 2016-ci ilin dekabr ayı ilə bağlı son nəşr olunan iqtisadi məlumatlar məhsul ticarəti probleminin azaldığını və sənaye istehsalı miqdarının gözləntilərin üzərində artdığını göstərib.

“Euronews” xəbər verir ki, dekabr ayında Avropa Birliyi xaricindəki ölkələrə məhsul ixracatı 7.4 % artıb. Bu sahədəki ticarət kəsiri noyabr ayındakı 11.6 milyard euordan 10.9 milyard sterlinqə geriləyib.

Bu ayda sənaye istehsalı 1.1 %, emalat istehsalı 2.1 % artış göstərib. İnşaat sektoru istehsalındakı artım da təxminlərin üzərində, 1.8 % olaraq qeyd edilib.

İngiltərə Milli Statistika Ofisinin açıqladığı rəqəmlərin ardından sterlinq, ABŞ dolları qarşısında kiçik bir artışla 1.25 səviyyəsinin bir az üzərini gördü.