İnquşetiya Suriyaya hərbi polis batalyonu göndərib

Rusiyanın müdafiə nazirliyi Suriyaya hərbi polis batalyonu göndərib.
Abzas.net xəbər verir ki, Sputnik agentliyinə açıqlama verən İnquşetiya rəhbəri Yunus-bek Yevkurov, “İnquş polislərin iştirak etdiyi bir batalyon sülh müqavilələrinin imzalandığı bölgəyə göndərilib”, – deyə bildirib.
Yevkurov polislərin Suriyada fərqli vəzifələrdə olan rus hərbi personalının təhlükəsizliyini təmin etmək üçün çalışacağını və bu vəzifələri layiqincə yerinə yetirəcəklərinə inanadığını vurğulayıb.
Digər tərəfdən Yevkurov qısa müddət ərzində Suriyaya humanitar yardım göndərəcəklərini də bildirib.
Daha əvvəl Donbass və Krıma humanitar yardım göndərdiklərini xatırladan Yevkurov, yardımların inquş polislərin vəzifədə olduğu bölgələrdə yaşayan vətəndaşlara çatdırılacağını ifadə edib.