İran terror hücumu hazırlığında olan 8 nəfəri həbs edib

İran Kəşfiyyat naziri Mahmud Alavi, “8 sünni islamçı terroristi İran İslam İnqilabı qeyd edilən yerlərə hücum hazırlığında ikən həbs etdik” açıqlamasını edib.
Sol xəbər agentliyi məlumat verir ki, Alavi, “Xarici, sünni bir terrorist liderlə əlaqəli” olaraq xarakterizə etdiyi terrorçuların hansı ölkələrdən olduqlarını açıqlamayıb. Dövlət Agentliyinin yayımladığı açıqlamaya görə Alavi, “Tehran və bir neçə başqa şəhərdə kalaşnikovlar və terrorist hücumlar təşkil etmək üçün lazımi başqa avadanlıqlar ələ keçirildi”, – deyə bildirib.
Xatırladaq ki, Alavi birbaşa açıqlama verməsə də, avqust ayında dinc sakinləri də hədəf alan sünni bir terrorist qrupu liderinin İranın cənub-şərqində öldürüldüyünü demişdi.