“İrana S-400 satmırıq”

Rusiyanın İrandakı səfiri Levan Cagaryan İrana “S-400” raket sistemi satmağı planlaşdırmadıqlarını söyləyib.
Cagaryan Rusiyanın “S-300” hava hücumundan müdafiə sistemlərinin daşınması mövzusunda məsuliyyətini yerinə yetirdiyini ifadə edərkən, “S-400”-lə bağlı yeni bir satışın gündəmdə olmadığını vurğulayıb.
“Milliyet” qəzetinin xəbərinə görə, “S-400” hava hücumundan müdafiə sistemi, çox sayda hədəfi eyni anda təqib etmə xüsusiyyətiylə “S-300”-lərin üst modeli olaraq bilinir.
Xatırladaq ki, Rusiya, İrana “S-300” hava hücumundan müdafiə sistemlərinin satışının tamamlandığını açıqlamışdı.