İranda Azərbaycan bankı açıla bilər

Azərbaycan banklarından birinin İranda filialının açılması planlaşdırılır.
APA xəbər verir ki, bunu Azərbaycan-İran əlaqələrinə həsr olunan mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir bankın adını açıqlamayıb. “Bu məsələ ikitərəfli müzakirə mövzularındandır. Hələlik hüquqi məsələlər müzakirə olunur”, – deyə o əlavə edib.