İraq ordusu Mosulun qərbini İŞİD-dən azad etmək üçün əməliyyata başlayıb

İraq Baş naziri Heydər əl İbadi, Mosulun qərb hissəsini İŞİD-dən azad etmək üçün əməliyyatlara başladıqlarını bəyan edib.
Abzas.net xəbər verir ki, “Agence France-Presse”-də yer alan məlumata görə, İbadi tərəfindən verilən açıqlamada, İŞİD-in nəzarətində olan qərbi Mosulun azad edilməsi üçün hərəkatın başladığı vurğulanıb.
Qeyd edək ki, Mosulun qərb hissəsi 3 aydır ki, İraq ordusunun mühasirəsindədir. Şərqi Mosul isə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə keçən ilin oktyabrında başlayan əməliyyat nəticəsində terrorçulardan azad edilib. Əməliyyatın gedişində evlərini tərk etmək məcburiyyətində qalmış 190 min vətəndaşdan 30 minə yaxını artıq evlərinə qayıdıb.