“İslamiada-2017″də könüllü olmaq istəyən 12 500 namizəd qeydiyyatdan keçib

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 100 gün qalır. 
“Report”un məlumatına görə, bununla əlaqədar Bakı Kristal Zalında 300 könüllü bir araya gəlib.
Onlar “Oyunlara 100 gün qaldı” adlı fləşmob keçiriblər.
“Bakı 2017″nin korporativ direktoru Elçin Səfərov Oyunlar zamanı 10 gün ərzində 20 növdən 24 sahə üzrə İƏT-in elit idmançılarının qatılacaqlarını bildirib.
O, aparıcı universitet və təşkilatlardan 12 500 namizədin Oyunlara dəstək məqsədilə qeydiyyatdan keçdiyini deyib.
Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları bu il mayın 12-22-də keçiriləcək.