“Kaş ki, Netanyahu da bizim həqiqətən sülh istədiyimizi anlaya bilsə”

Fələstin prezidenti Mahmud Abbas vəkillərdən ibarət İsrailli heyəti qəbul edib.
Abzas.net xəbər verir ki, Fələstin Xəbər Agentliyi WAFA-nın məlumatına görə, Ramallahda baş tutan görüşdə Abbas, israilli heyətə Fələstin rəhbərliyinin beynəlxalq qərarlara əsaslanaraq ədalətli və daimi sülhün təsis edilməsi üçün çalışdığını vurğulayıb.
Bu cür görüşlərin iki xalq arasında razılaşmanın təmin edilməsinin təməlini meydana gətirdiyini bildirən Mahmud Abbas, “Kaş ki, İsrail Baş naziri Benyamin Netanyahu da bizim həqiqətən sülh istədiyimizi, uzun zamandır özlərinə əl uzatdığımızı və heç bir şeyin bizi ədalətli sülh üçün irəliləməkdən caydırmayacağını anlasa”, ifadələrindənbizim həqiqətən sülh istədiyimizi anlasa istifadə edib.
İsrailli heyət isə bu səfərlə Abbasın sülhün təsisi üçün davam etdirdiyi işlərə dəstək verməyi hədəflədiklərini bildirib.