Kiçik planetə Bernardbouen adını verilib

Günəş sisteminin kiçik planetlərindən biri Bernardbouen adını alacaq. Ad, astrofizik Bernard Bouenin təsis etdiyi Beynəlxalq Radioastronomik Araşdırmalar mərkəzi tərəfindən seçilib. 
Bu barədə EuerkAlert! məlumat verir.
Qeyd edilən kiçik planet Mars və Yupiter arasında yerləşir. Günəş ətrafında tam dövr etməsi 3,26 il çəkir. Planetə adın verilməsi haqqı Beynəlxalq Astronomik Birlik tərəfindən konkurs qaliblərinə verilir. Konkurs iştrakçıları olan qeyri-kommersiya təşkilatlarının ad təklifləri səsverməyə qoyulur. Səsəvermədə arzu edən hərkəs iştrak edə bilər. Bundan başqa 16 kiçik planetə də ad təklif olunub. Konkurs nəticəsində planetlər arasında Karuqa və Maxdiya adını alanlar da var.
Kiçik planet, çox kiçik ölçülərə sahib olan və günəş sistemindəki digər planetlər kimi Günəş ətrafında dövr edən səma cismidir. 2006-cı ilə qədər onlar asteroid hesab olunub. Lakin, “planet” termini dəqiqləşdirildikdən sonra kiçik planetlərə Pluton, Erida və Ceres da daxil edilib.