Kim Jong’namın qətli: Şimali Koreyalı kişi saxlanılıb

Şimali Koreya liderin Kim Jong’unun atabir qardaşı Kim Jong’namın qətlinə dair araşdırma nəticəsində Şimali Koreya vətəndaşı saxlanılıb, Malayziya polisi deyir.
Saxlanılan Şimali Koreya vətəndaşın adı Ri Jong Choldur və onun 46 yaşı var.
Bundan əvvəl İndoneziya pasportlu qadın, Malayziya pasportlu kişi və Vyetnam pasportu olan qadın şübhəli qismində saxlanılıb.
Polis düşünür ki, cənab Kim Malayziya paytaxtı Kuala Lumpurda aeroportda Makao adasına aviareysini gözləyərkən üzünə zəhər püskürdülərək öldürülüb.
Malayziyanın baş nazir müavini Əhməd Zahid Hamidi, Kim Chol adı ilə pasporta sahib olan və aerporta öldürülən şəxsin Kim Jong-nam olduğunu rəsmən cümə axşamı günü təsdiqləyib.
Polis Şimali Koreya vətəndaşının cümə günü axşam saatlarında Malayziya paytaxtına yaxınlıqda yerləşən Selangor’da saxlandığını deyib.
İndoneziyanın milli polis rəhbəri cümə günü Siti Aisyah adlı saxlanılan İndoneziya vətəndaşının ona zarafat etməyə pul ödəndiyini düşündüyünü bildirib.
Onun sevgilisi olan malaziyalı kişi onunla birlikdə saxlanılıb.
Vyetnam pasportu daşıyan qadının adının Doan Thi Huong olduğu deyilir.
Təhlükəsizlik kamerasında çəkilən bir qadının şəkli Malayziya və Cənubi Koreyada yayımlanıb
Cənab Kimə bazar ertəsi günü aeroportun uçuş zalında iki qadın tərəfindən kimyəvi maye ilə hücüm edilib.
Aeroportun təhlükəsizlik kamersında çəkilən və Malayziya və Cənubi Koreyada yayımlanan şəkildə üstündə LOL yazılan köynək geyinən qadın görünür.
Saxlanılan qadınlardan birinin yayımlanan şəkildə göstərilən qadın olub-olmamaları bilinmir.
Polis artıq Kim Jong’namın autopsiyasını bitirib, lakin nəticələr hələ rəsmən açıqlanmayıb.
Şimali Koreya isə Malayziyadan Kim Jong-namın cəsədinin dərhal buraxılmasını tələb edib. Lakin Malayziya cənab Kimin qohumlarından DNT almadan cəsədi buraxmayacağını bildirib.
Cənubi Koreya kəşfiyyatı cənab Kimin qətlində Şimali Koreyanı təqsirləndirib və iddia edib ki, şimali rəqibləri cənab Kimi illərlər öldürmək niyyətində olublar, lakin o, Çin tərəfindən qorunub.
Hazırda bu iddiaları əsaslandıran dəlil yoxdur və Pxenyan bu barədə şərh verməyib.
Kim Kon-nam kimdir?
Cənab Kim 2001-ci ildə də Yaponiyaya saxta adla daxil olmaq istəyərkən həbs edilib.
Atasının yerinə qardaşı hakimiyyətə gəldikdən sonra Kim Jong-nam vaxtının əsas hissəsini Çin və Sinqapurda keçirib və ailəsi ilə az əlaqə saxlayıb.
2011-ci ildə Yapon mediası onun “sülalə varisliyinə” qarşı olduğunu dediyini bildirmişdi.
2012-ci ildə isə bir kitabda onun atabir qardaşının rəhbərlik qabiliyyətinə malik olmadığı və Şimali Koreyaya Çinin həyata keçirdiyi iqtisadı islahatların lazım olduğunu düşündüyü yazılıb.
Eyni il, Cənubi Koreya mətbuatı ölkədə həbs edilən və Şimali Koreya casusu olmaqda ittiham olunan şəxsin cənab Kim’in avtomobil qəzasında qətlini planlaşdırdığını yazıb.