Kipr müzakirələrinə İngiltərədən dəstək

İngiltərə Kipr müzakirələri ilə bağlı razılaşmanın zəmanət altına alınması üçün böyük dövlət olaraq lazımi olan hər şeyi edəcəyini bildirib.
İngiltərə Müdafiə Nazirliyi görüşlər keçirmək üçün Kipr Respublikasını ziyarət edən İngiltərə Müdafiə naziri Michael Fallon-un Lefkoşada həmkarı Christoforos Fokaides ilə görüşdüyünü açıqlayıb.
“Anadolu Agentliyi” xəbər verir ki, Fallon-un bölgəyə səfərinin ötən ay Cenevrədə baş tutan Kipr müzakirələrindən sonra önəmli bir zamanda gerçəkləşdiyinin vurğulandığı açıqlamada, “Müdafiə naziri, razılaşmanın zəmanət altına alınması üçün İngiltərənin böyük qüvvə olaraq lazımlı olan hər şeyi edəcəyini vurğulayıb. Prioritetimiz hər iki tərəfin də, cəmiyyətlərinə özlərini etibarda hiss etməsinə icazə verəcək bir razılaşma əldə etməsidir” ifadələrinə yer verilib.
Açıqlamada iki nazirin keçirdiyi görüşdə keçən il imzalanan müdafiə iş birliyi anlaşmasını “Müdafiə Əməkdaşlıq Proqramı” ilə dərinləşdirdikləri qeyd edilib. Proqramla, xüsusilə dənizdə axtarışlar zamanı birliyin inkişaf etdirilməsi başda olmaq üzrə, terrorla mübarizə, böhrana müdaxilə, kəşfiyyat mübadiləsi, kiber və hava hücumundan müdafiə kimi sahələrdə iş birliklərinin artırılmasının hədəfləndiyi vurğulanıb.
Şərhdə ingilis nazir Fallon-un da, “Britaniya qlobal rolunu artırır və Kipr də Avropanın təhlükəsizliyi ilə sabitliyinin dəstəklənməsində kilid ortaq rolunu oynayır. İndi terrorla mübarizə, dəniz təhlükəsizliyi və böhrana müdaxilə sahələrində daha çox iş birliyi edərək, müdafiə ortaqlığımızı qüvvətləndirəcəyik” qiymətləndirməsinə yer verilib.