Kiyevə ən çox azərbaycanlılar gedir

2016-cı ildə Ukraynanın paytaxtı Kiyevi ziyarət edən əcnəbi turistlərin sayı 15 faiz artıb.
Fins.az-ın məlumatına görə, turistlər daha çox Azərbaycan, İsrail, Belarus, Polşa, Almaniya və Türkiyədən gəliblər. İlk onluğa Rusiya, Gürcüstan, İtaliya və Böyük Britaniya vətəndaşları da düşüb.
Ötən il turizmdən yerli büdcəyə daxil olmalar 40 faiz artıb.